Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib.
“Report” bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə istinadən xəbər verir.
Azərbaycanın İndoneziyadakı səfirliyindən şirkətə bildirilir ki, nəşr edilən poçt markasının üzərində
"İndoneziya Poçt” dövlət şirkəti tərəfindən verilən məlumata əsasən, fevralın ortalarında mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılan markaya indoneziyalı filatelistlər tərəfindən böyük maraq müşahidə olunur.