İKT-nin İnkişafı üzrə Dövlət Fondu indiyə qədər 112 layihəni dəstəkləyib

İKT-nin İnkişafı üzrə Dövlət Fondu indiyə qədər 112 layihəni dəstəkləyib Bakı. 15 may. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu indiyə qədər 6 qrant müsabiqəsi üzrə 1 000-ə yaxın startap layihəsi qəbul edib.
İKT
15 may 2018 11:10
İKT-nin İnkişafı üzrə Dövlət Fondu indiyə qədər 112 layihəni dəstəkləyib
əqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu indiyə qədər 6 qrant müsabiqəsi üzrə 1 000-ə yaxın startap layihəsi qəbul edib". 

"Report" xəbər verir ki, bunu "Microsoft" şirkətinin təşkil etdiyi "Imagine Cup" müsabiqəsinin yekunlarına həsr edilmiş tədbirdə nazir Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, artıq 5 müsabiqə üzrə 112 layihə dəstəklənib, onlara Fond tərəfindən maliyyə dəstəyi verilib. 

"İndi yerli vençur fondunun yaradılması üzrə işlərin aparılması zəruridir", - nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi