İBM-də rəhbər dəyişib

İBM-də rəhbər dəyişib ABŞ-ın İBM korporasiyasının baş direktoru Cinni Rometti vəzifədən getdiyini, yerinə bulud və əqli proqram təminatı üzrə böyük vitse-prezident Arvind Krişnanın gələcəyini elan edib.
İKT
31 Yanvar , 2020 19:56
İBM-də rəhbər dəyişib

ABŞ-ın İBM korporasiyasının baş direktoru Cinni Rometti vəzifədən getdiyini, yerinə bulud və əqli proqram təminatı üzrə böyük vitse-prezident Arvind Krişnanın gələcəyini elan edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yeni baş direktor aprelin 5-dən vəzifəsinin icrasına başlayacaq. Bununla yanaşı, Direktorlar Şurasının yeni sədrinin 34 milyard dollara satın aldıqları bulud proqramının müəllifi olan “Red Hat” şirkətinin rəhbəri Ceyms Uaytherstin olacağı bildirilib.

Qeyd edək ki, İBM-nin səhmləri C.Romettinin Baş direktor təyin edildiyi 2012-ci ildəkinə nisbətən 25 faiz ucuzlaşıb. Bununla belə, rəhbər dəyişikliyi barədə xəbər yayıldıqdan sonra səhmlər 5 faiz bahalaşıb.

Son xəbərlər

Orphus sistemi