Riçard Yu: "ABŞ-ın qadağaları olmasaydı, "Huawei" dünyanın 1 nömrəli telefon markası idi"

Riçard Yu: "ABŞ-ın qadağaları olmasaydı, "Huawei" dünyanın 1 nömrəli telefon markası idi" ABŞ-ın sanksiyalarından əvvəl Appleı keçərək dünyanın ikinci ən böyük ağıllı telefon istehsalçısı olan Huaweiin CEO-su Riçard Yu iddialı açıqlamalar verib.
İKT
26 Noyabr , 2019 12:19
Riçard Yu: ABŞ-ın qadağaları olmasaydı, Huawei dünyanın 1 nömrəli telefon markası idi

ABŞ-ın sanksiyalarından əvvəl "Apple"ı keçərək dünyanın ikinci ən böyük ağıllı telefon istehsalçısı olan "Huawei"in CEO-su Riçard Yu iddialı açıqlamalar verib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

"ABŞ-ın qadağaları ilə üzləşməsəydik dünyanın 1 nömrəli ağıllı telefon istehsalçısı olacaqdıq", - o bildirib.

"İDC" araşdırma şirkətinin məlumatına görə, bu ilin üçüncü rübündə qlobal ağıllı telefon bazarında "Samsung" payını 21,8%-ə çatdıraraq 1-ci olub.

Onu 18,6% bazar payı ilə "Huawei" və 13%-lə "Apple" şirkətləri izləyib.

Son xəbərlər

Orphus sistemi