“Huawei” Azərbaycanın mobil cihaz bazarındakı payının 46 %-ni itirib

İKT
  • 03 aprel, 2024
  • 06:33
“Huawei” Azərbaycanın mobil cihaz bazarındakı payının 46 %-ni itirib

Bu ilin mart ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 28,24 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevrala nisbətən 0,69 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 14,63 faiz bəndi azdır.

İkinci pillədəki tanınmayan brendin bazar payı müvafiq olaraq 0,5 faiz bəndi azalaraq və 26,32 faiz bəndi artaraq 27,05 % olub.

Növbəti sıradakı “Xiaomi”nin bazar payı müvafiq olaraq 3,04 faiz bəndi artaraq və 9,17 faiz bəndi azalaraq 22,16 % olub.

Dördüncü pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 1,47 faiz bəndi və 1,57 faiz bəndi azalaraq 16,36 % təşkil edib.

İlk beşliyi 1,83 % bazar payı ilə “Huawei” qapayır. Şirkətin bazar payı ötən aya nisbətən 0,13 faiz bəndi artıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,56 faiz bəndi azalıb. Bununla da şirkət son bir ildə mobil cihazlar bazarındakı payının 46 %-ni itirib.