“Honor” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 45 %-ni itirib

İKT
  • 04 avqust, 2025
  • 13:21
“Honor” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 45 %-ni itirib

Bu ilin iyul ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 26,39 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 4,53 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 6,23 faiz bəndi azdır.

Növbəti sıradakı adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 7,36 faiz bəndi, illik müqayisədə 7,68 faiz bəndi artaraq 24,48 % olub.

Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq müqayisədə 5,8 faiz bəndi və illik müqayisədə 7,44 faiz bəndi azalaraq 19,94 % olub.

Dördüncü pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq müqayisədə 6,95 faiz bəndi, illik müqayisədə isə 4,4 faiz bəndi artaraq 18,78 % təşkil edib.

İlk beşliyi 4,52 %-lik (iyunda 8,2 %, 1 il əvvəl 3,17 % olub) bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 3,68 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,35 faiz bəndi artıb. Beləliklə şirkətin payı əvvəlki aya nisbətən iyulda 45 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti