Hesab.az portalının aylıq dövriyyəsi 10 dəfə artıb

Hesab.az portalının aylıq dövriyyəsi 10 dəfə artıb Şirkət rəhbəri portalın aktiv istifadəçilərinin sayını da açıqlayıb
İKT
9 Mart , 2016 16:21
Hesab.az portalının aylıq dövriyyəsi 10 dəfə artıb

Bakı. 9 mart. REPORT.AZ/ Hesab.az elektron ödəniş portalının illik dövriyyəsi son beş ildə 10 dəfədən çox artıb. "Report" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında "Golden Pay" ASC-nin rəhbəri Fərid İsmayılzadə deyib.

F.İsmayılzadə bildirib ki, hazırda Hesab.az portalının aktiv istifadəçilərinin sayı 215 mini keçib: "Hazırda Hesab.az-da aktiv istifadəçilərin sayı 215 mini ötüb. Qeydiyyatsız istifadəçilərin sayını isə dəqiqləşdirmək mümkün deyil. Amma düşünürəm ki, bu, təxminən 50 min istifadəçi civarındadır". 

"Hesab.az-ın aylıq dövriyyəsi 11-12 mln. manatı keçib və bu rəqəm hər ay artır", - deyə şirkət rəhbəri 2011-ci ildə aylıq dövriyyənin 1 mln. manatdan bir qədər çox olduğunu əlavə edib.

Son xəbərlər

Orphus sistemi