“Hərbiləşdirilmiş Mühafizə İdarəsi”nin xərcləri gəlirlərini üstələyib

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi”nin xərcləri gəlirlərini üstələyib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC 2018-ci ildə 4,19 milyon manat gəlir əldə edib.
İKT
154
13 İyul , 2019 15:28
“Hərbiləşdirilmiş Mühafizə İdarəsi”nin xərcləri gəlirlərini üstələyib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC 2018-ci ildə 4,19 milyon manat gəlir əldə edib.

“Report” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il qurumun xərcləri isə 4,328 milyon manat, o cümlədən istifadə edilmiş material ehtiyatları üzrə xərcləri 34 min manat, işçi heyəti üzrə xərcləri 3,427 milyon manat, amortizasiya xərcləri 54 min manat, digər əməliyyat xərcləri isə 813 min manat təşkil edib.

Beləliklə, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi”nin xərcləri gəlirlərini 138 min manat üstələyib. 

Son xəbərlər

Orphus sistemi