Hacıqabulda "CanSat Azerbaijan 2023" müsabiqəsinin final mərhələsi keçirilib

Hacıqabulda "CanSat Azerbaijan 2023" müsabiqəsinin final mərhələsi keçirilib Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirdiyi sayca 5-ci "CanSat Azerbaijan" model peyk müsabiqəsinin filan mərhələsinə start verib.
İKT
4 İyul , 2023 17:42
Hacıqabulda CanSat Azerbaijan 2023 müsabiqəsinin final mərhələsi keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirdiyi sayca 5-ci "CanSat Azerbaijan" model peyk müsabiqəsinin filan mərhələsi başa çatıb.

"Report" xəbər verir ki, finalçılar hazırladıqları 500 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib və onları 200 metr yüksəklikdən səmaya buraxıblar.

Münsiflər heyəti müsabiqənin qiymətləndirmə meyarlarına uyğun olaraq qalibləri seçəcək və sabah komandaların təltifetmə mərasimində qaliblərin adları açıqlanacaq.

Müsabiqəyə qatılan tələbələr unikal təcrübə və dəyərli hədiyyələr qazanmaq imkanı əldə ediblər.

İlk üç yerin sahibinə pul mükafatları təqdim olunacaq. Həmçinin müsabiqədə uğurla çıxış edən tələbələr Azərkosmosda təşkil olunan təcrübə proqramında iştirak etmək imkanı qazanacaqlar.

11:47

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirdiyi sayca 5-ci "CanSat Azerbaijan" model peyk müsabiqəsinin filan mərhələsinə start verib.

"Report" xəbər verir ki, müsabiqə Daxili Qoşunların Hacıqabul şəhərindəki hərbi hissəsinin açıq poliqonunda keçirilir.

Jurnalistlərə açıqlama verən "Azərkosmos"un sədri Saməddin Əsədov bildirib ki, bu layihənin məqsədi ölkədəki gənclərin, o cümlədən tələbələrin kosmik sahəyə marağının artırılmasıdır: "Layihə çərçivəsində biz kosmik sahədə yerli kadrların yetişməsinə şərait yaradırıq. Builki yarışmada rekord sayda iştirakçı qeydə alınıb. Müxtəlif mərhələləri keçən komandalardan finala ən güclü 8 komanda qalıb. 7 universiteti təmsil edən bu komandalar 500 qrama qədər olan kiçik peyklər hazırlayıb. Onlar qarşısına missiya tələbi qoymuşuq. O peykləri raketlə 200 metr hündürlüyə qaldırırıq. Peyk raketdən aralanandan sonra şəkillər çəkib yerdəki qəbulediciyə ötürməlidir. Missiyanı uğurla yerinə yetirən komanda qalib olacaq".

"Bu gün "Azərkosmos"da işləyən gənc əməkdaşların bir qismi əvvəllər bu layihələrdə uğurla iştirak edənlər olub",- deyə S.Əsədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi