Gürcüstan və Azərbaycan "Microsoft for Startups" vebinarı keçirəcək
İKT
- 06 fevral, 2025
- 11:48
Gürcüstanın İnnovasiya və Texnologiyalar Agentliyinin (GITA) dəstəyi və "StrategEast"in təşkilatçılığı ilə fevralın 10-da "Microsoft for Startups" vebinari keçiriləcək.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, vebinarda Gürcüstan və Azərbaycandan olan startaplar, İT şirkətləri və digər sektorların nümayəndələri iştirak edəcəklər.
Tədbir Qafqaz regionunda "StrategEast" və "Microsoft"un tərəfdaşlığı çərçivəsində təşkil ediləcək. Vebinarın əsas spikeri "Microsoft"un tərəfdaşlıq inkişafı üzrə məsləhətçisi Adrian George olacaq.
Məlumata görə, vebinarın məqsədi startaplar və innovativ İT şirkətlərini dəstəkləmək və gücləndirməkdir.
Tədbirin tərəfdaşları GITA və Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir.
Son xəbərlər
19:52
Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb
Digər ölkələr19:37
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib
Sosial müdafiə19:29
Cəlilabadda zəlzələ baş verib
Hadisə19:24
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur19:18
Video
Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb
Mədəniyyət siyasəti19:04
"Barselona"nın futbolçusu Mark Kasado karyerasını Almaniyada davam etdirə bilər
Futbol19:04
Qalibaf: İran hazırda böyük problemlərlə üz-üzədir
Region18:53
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır
Elm və təhsil18:48
Foto
Video