Gürcüstan şirkətləri "Microsoft"a 100 min dollar kompensasiya ödəyəcək

Gürcüstan şirkətləri "Microsoft"a 100 min dollar kompensasiya ödəyəcək Qonşu ölkədə şirkətin əqli mülkiyyət hüququnun pozulduğu 10 məhkəmə işinə baxılıb
İKT
28 Noyabr , 2016 19:07
Gürcüstan şirkətləri Microsofta 100 min dollar kompensasiya ödəyəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Gürcüstanda ötən ilin noyabrından bu ilin eyni ayınadək  “Microsoft”un əqli mülkiyyət hüququnun pozulduğu 10 məhkəmə işinə baxılıb.

“Report” xəbər verir ki, bunlardan 7-si üzrə proses başa çatıb.

Kompensasiyanın ümumi məbləği 239 min laridən çox təşkil edib (96,1 min ABŞ dolları). Məhkəmədə işinə baxılan şirkətlər kompensasiyanı ödəməklə yanaşı, istifadə etdikləri lisenziyasız proqram təminatlarını da leqallaşdırıb.

Hazırda Gürcüstan məhkəməsi “Microsoft”un əqli mülkiyyət hüququnun pozulduğu daha 3 məhkəmə işinə baxır. Müəllif hüquqlarının pozulmasına qarşı bu cür mübarizə Gürcüstanda “Microsoft” şirkətinin əqli mülkiyyət hüquqlarının qorunması üzrə maraqlarını təmsil edən “Business Legal Bureau” (BLB) hüquq şirkəti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, BSA-nın (Business Software Alliance) apardığı son qlobal araşdırmanın nəzticələrinə əsasən, 2015-ci ildə Gürcüstanda proqram təminatlarının 85%-i lisenziyasız olub. Bunun da ümumi dəyəri 24 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi