"Google" və "Facebook"un fəaliyyəti yoxlanıla bilər

"Google" və "Facebook"un fəaliyyəti yoxlanıla bilər Bakı. 22 sentyabr. REPORT.AZ/ ABŞ Prezident Administrasiyası Google və Facebook şirkətlərinin fəaliyyətini yoxlamaq niyyətindədir.
İKT
107
22 Sentyabr , 2018 12:31
Google və Facebookun fəaliyyəti yoxlanıla bilər

Bakı. 22 sentyabr. REPORT.AZ/ ABŞ Prezident Administrasiyası "Google" və "Facebook" şirkətlərinin fəaliyyətini yoxlamaq niyyətindədir. 

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Məlumata görə, yoxlamaların məqsədi məşhur axtarış sisteminin və sosial şəbəkəsinin antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyən etməkdir. Hökumət qurumları həmçinin onlayn rejimdə fəaliyyət göstərən platformalar arasında rəqabətin qorunması və qərəzli yanaşmanın aradan qaldırılması üçün addımlar atmağı planlaşdırır. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp "Google" və "Facebook"u dəfələrlə qərəzli yanaşmada ittiham edərək tənqid edib. 

Son xəbərlər

Orphus sistemi