“Google”un Azərbaycandakı bazar payı 8 %-ə yaxın azalıb

İKT
  • 05 may, 2025
  • 11:22
“Google”un Azərbaycandakı bazar payı 8 %-ə yaxın azalıb

Bu ilin aprel ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 84,73 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, mart ayına nisbətən 0,20 faiz bəndi,

2024-cü ilin aprel ayı ilə müqayisədə 7,08 faiz bəndi və ya 7,7 % azdır.

İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 0,2 faiz bəndi, illik isə 6,53 faiz bəndi artaraq 13,45 %-ə çatıb.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı aylıq müqayisədə 0,04 faiz bəndi az, illik isə 0,2 faiz bəndi artaraq 1,04 %-də qərarlaşıb.

Dördüncü yerdəki “Yahoo”nun bazar payı fevrala nisbətən 0,01 %, illik müqayisədə isə 0,15 faiz bəndi artaraq 0,39 % təşkil edib.

İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı ay ərzində 0,01 faiz bəndi, illik müqayisədə isə 0,2 faiz bəndi artaraq 0,32 % olub.