"Google Map"da Azərbaycan adlarının erməni dilində göstərilməsi dayandırıla bilər

"Google Map"da Azərbaycan adlarının erməni dilində göstərilməsi dayandırıla bilər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Google" axtarış sistemindəki xəritələrdə adların Azərbaycan dilində göstərilməsi üçün şirkətlə fəal əməkdaşlıq edir.
İKT
11 Yanvar , 2022 14:17
Google Mapda Azərbaycan adlarının erməni dilində göstərilməsi dayandırıla bilər
Saməddin Əsədov

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Google" axtarış sistemindəki xəritələrdə adların Azərbaycan dilində göstərilməsi üçün şirkətlə fəal əməkdaşlıq edir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirlik yanında Kosmik Agentliyin sədri Saməddin Əsədov deyib.

"Bu əməkdaşlıq nəticəsində bir sıra adlar artıq dəyişdirilib. Elektron Təhlükəsizlik Mərkəzi də "Google"la ciddi təmaslardadır. Əgər "Google Map"ə fikir versəniz görərsiniz ki, artıq adlar həm Azərbaycan, həm də erməni dillərində göstərilir. Bu həmin əməkdaşlığın nəticəsidir. Ola bilsin ki, gələcəkdə xəritədə adların erməni dilində göstərilməsi də yığışdırılsın. Bunun üçün çalışıb qarşı tərəfi inandırmaq lazımdır. Bu, siyasi qərardır. Görünür ki, hələlik onlar bizim bu istəyimizə müqavimət göstərir", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi