“Google” ilk dəfə “Youtube”un gəlirlərini açıqlayıb

“Google” ilk dəfə “Youtube”un gəlirlərini açıqlayıb “Alphabet” holdinqi mülkiyyətində olan “Youtube” videohostinqinin əldə etdiyi mənfəət barədə məlumatlar açıqlayıb.
İKT
4 Fevral , 2020 16:31
“Google” ilk dəfə “Youtube”un gəlirlərini açıqlayıb

“Alphabet” holdinqi mülkiyyətində olan “Youtube” videohostinqinin əldə etdiyi mənfəət barədə məlumatlar açıqlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, illik hesabat şirkətin saytında dərc olunub.

“Alphabet” “Google”un ana şirkətidir. Sonuncu “Youtube”u 2006-cı ildə 1,65 milyard ABŞ dollarına əldə edib. O vaxtdan bəri holdinq videohostinqin reklamdan əldə etdiyi gəlirlər barədə məlumat yayımlamamışdı.

Son hesabatda isə “Youtube”un 2019-cu ildə reklamdan 15 milyard ABŞ dollarından çox gəlir əldə etdiyi göstərilib.

Videohostinqin holdinqin gəlirlərindəki payı 10%-ə yaxın olub. Belə ki, “Aphabet” ötən il ərzində 162 milyard ABŞ dolları məbləğində gəlir əldə edib. Bu, 2018-ci illə müqayisədə 18% artım deməkdir.

Son xəbərlər

Orphus sistemi