"Google" daha bir məşhur smartfon brendini alıb

"Google" daha bir məşhur smartfon brendini alıb Şirkət Tayvanın "HTC" şirkətinin smartfon bölməsini 1,1 mlrd. dollara alıb
İKT
21 Sentyabr , 2017 11:44
Google daha bir məşhur smartfon brendini alıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ ABŞ-ın "Google" şirkəti Tayvanın mobil cihaz istehsalçısı olan "HTC"-nin smartfon bölməsini satın alıb. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, tərəflər arasında sövdələşmənin məbləği 1,1 mlrd. dollar təşkil edib. Bu prosesin 2018-ci ildə tamamlanması gözlənilir.

Bundan sonra "HTC"-nin 2 min əməkdaşı "Google"un işçiləri hesab olunacaqlar.

Qeyd edək ki, vaxtı ikən hər 10 telefondan 1-ni istehsal edən "HTC", artıq qlobal smartfon bazarındakı mövqeyini itirərək, yalnız 0,9% paya malikdir.

"Google" bundan əvvəl eyni satınalma əməliyyatlarını "LG" və "Motorola" markaları ilə də reallaşdırıb.

Son xəbərlər

Orphus sistemi