“Google” azərbaycanlı tələbəyə təşəkkür etdi

“Google” azərbaycanlı tələbəyə təşəkkür etdi “Google”un Təhlükəsizlik Komandası azərbaycanlı gənc Veysəl Xankişiyevə sistemin “Google Ads” servisində boşluq (“bug”) tapdığına görə təşəkkürünü bildirib
İKT
1 May , 2021 09:13
“Google” azərbaycanlı tələbəyə təşəkkür etdi

“Google”un Təhlükəsizlik Komandası azərbaycanlı gənc Veysəl Xankişiyevə sistemin “Google Ads” servisində boşluq (“bug”) tapdığına görə təşəkkürünü bildirib.

Bu barədə “Report”a gənc proqramçı özü məlumat verib.

Məlumata görə, o, servisin Təhlükəsizlik Komandasının mütəxəssisindən rəsmi məktub alıb.

Məktubda boşluğun qeydə alındığı və V.Xankişiyevə təşəkkür edildiyi bildirilib. Daha sonra 22 yaşlı gənc “Google”un “Boşluq Ovçusu” (“Bug Hunter”) siyahısına düşüb.

Qeyd edək ki, bu, 21 yaşlı tələbənin ilk işi deyil. O, daha öncə həm Azərbaycan, həm də xaricdəki Arizona Universiteti, “Microsoft”, Harvard Universiteti və s. kimi dövlət müəssisələri və şirkətlərin veb-saytlarında bir sıra boşluqlar tapıb. Əslən Füzulidən olan V.Xankişiyev Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

 Veysel Xankişiyev
Veysel Xankişiyev

Son xəbərlər

Orphus sistemi