“Google” Azərbaycandakı bazar payını itirməkdə davam edir

İKT
  • 04 iyun, 2025
  • 16:45
“Google” Azərbaycandakı bazar payını itirməkdə davam edir

Bu ilin may ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 80,63 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprel ayına nisbətən 4,8 faiz bəndi, 2024-cü ilin aprel ayı ilə müqayisədə 9,73 faiz bəndi və ya 11 % azdır. Beləliklə sistemin bazar payı ardıcıl olaraq 3-cü aydır azalır.

İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 3,74 faiz bəndi, illik isə 9,38 faiz bəndi artaraq 17,19 %-ə çatıb.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı aylıq müqayisədə 0,25 faiz bəndi artaraq, illik isə 0,01 faiz bəndi azalaraq 1,29 %-də qərarlaşıb.

Dördüncü yerdəki “Yahoo”nun bazar payı ay ərzində 0,06 %, illik müqayisədə isə 0,16 faiz bəndi artaraq 0,45 % təşkil edib.

İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı ay ərzində 0,05 faiz bəndi, illik müqayisədə isə 0,19 faiz bəndi artaraq 0,37 % olub.