“Google” Azərbaycandakı bazar payını itirməkdə davam edir
- 04 sentyabr, 2024
- 13:46
Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 89,86 %-ə enib.
“Report”un “Statcounter” agentliyinin avqust hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 0,78 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,31 faiz bəndi azdır. Bu axtarış sisteminin bazar payı ardıcıl olaraq iki aydır azalır.
İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 0,73 faiz bəndi, illik isə 1,82 faiz bəndi artaraq 8,28 %-ə çatıb.
Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı iyula nisbətən 0,02 faiz bəndi, ötən ilin avqust ayı ilə müqayisədə 0,69 faiz bəndi artaraq 1,28 %-ə çatıb.
Dördüncü yerdəki “Yahoo”nun bazar payı əvvəlki aya nisbətən 0,05 faiz bəndi artaraq, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,11 faiz bəndi azalaraq 0,34 % təşkil edib.
İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı iyul ayına nisbətən 0,02 faiz bəndi azalaraq, 2023-cü ilin avqust ayı ilə müqayisədə 0,02 faiz bəndi artaraq 0,2 % olub.