“Google” axtarış sistemində problemlər yaranıb

“Google” axtarış sistemində problemlər yaranıb Dünyanın müxtəlif ölkələrindəki “Google” axtarış saytının istifadəçiləri sistemdə problemlərlə üzləşiblər.
İKT
115
17 Noyabr , 2021 04:10
“Google” axtarış sistemində problemlər yaranıb

Dünyanın müxtəlif ölkələrindəki “Google” axtarış saytının istifadəçiləri sistemdə problemlərlə üzləşiblər.

“Report” xəbər verir ki, bu, məşhur internet resurslarında nasazlığa və fasilələlərə nəzarət edən “Downdetector” saytının məlumatlarında yer alıb.

Saytın məlumatına görə, şikayətlərin əksəriyyəti ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İspaniya, Niderland və Rusiyada qeydə alınıb.

Xidmətin əksər istifadəçiləri saytın işindəki problemlərdən şikayətlənirlər. İstifadəçilər habelə hesaba daxil olmaq və sistemdə axtarış aparmaqda yaranan çətinliyindən narazılıq edirlər.

Daha əvvəl “Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib və əlamətdar hadisə üçün dudl hazırlayıb.

Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.

Son xəbərlər

Orphus sistemi