Gəncə, Quba və Masallıda regional rəqəmsal hökumət formalaşdırılır

Gəncə, Quba və Masallıda regional rəqəmsal hökumət formalaşdırılır "Artıq region əhalisini də əhatə edən yeni layihələrə start verilib"
İKT
6 May , 2021 16:03
Gəncə, Quba və Masallıda regional rəqəmsal hökumət formalaşdırılır
Fariz Cəfərov

"Artıq region əhalisini də əhatə edən yeni layihələrə start verilib. Yeni yaradılan "Rəqəmsal icra hakimiyyəti" portalı vasitəsilə yerli icra hakimiyyəti orqanlarında göstərilən maksimum 39, minimum 25 xidmətin tam təhlili, sadələşdirilməsi və asanlaşdırılması işlərinə başlanılıb".

"Report" xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, layihə iki hissədən ibarətdir: "Birinci hissədə yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin "ASAN xidmət" standartlarında formalaşdırılması, ikinci mərhələdə isə vahid mərkəzdən virtual formada vətəndaşlara xidmət göstərməkdir. Pilot layihə olaraq Gəncə şəhəri, Quba və Masallı rayonlarında müvafiq işlərin görülməsinə start verilib. Layihə çərçivəsində vətəndaşlara müvafiq təlimlərin keçirilməsi də nəzərdə tutulub".

"Növbəti fazada digər icra hakimiyyətləri də yararlana biləcək. Portalın məqsədi vətəndaş bir nöqtədə portala daxil olmaqla bütün yerli icra hakimiyyəti orqanlarının göstərdiyi xidmətlərdən istifadə edəcək", - F.Cəfərov bildirib.

Son xəbərlər

Orphus sistemi