"Apple" 2020-ci ildə ucuz “iPhone” satışa cıxaracaq

"Apple" 2020-ci ildə ucuz “iPhone” satışa cıxaracaq Texnologiya nəhəngi Apple 2020-ci ildə inkişaf etməkdə olan bazarlarda digər ağıllı telefon istehsalçılarına qarşı yeni ucuz iPhone modeli satışa çıxaracaq.
İKT
4 Sentyabr , 2019 18:35
Apple 2020-ci ildə ucuz “iPhone” satışa cıxaracaq

Texnologiya nəhəngi "Apple" 2020-ci ildə inkişaf etməkdə olan bazarlarda digər ağıllı telefon istehsalçılarına qarşı yeni ucuz "iPhone" modeli satışa çıxaracaq.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, yeni model “Apple”ın "iPhone S" seriyasından olacaq və telefonun adı və qiyməti hələ açıqlanmayıb.

“Apple”ın gələn həftə kecirəcəyi illik toplantıda yeni “iPhone” modellərinin təqdimatı gözlənilir.

Ötən il dünyanın ən yaxşı ağıllı telefon istehsalçısı öz yerini "Huawei"ə verəndən sonra ucuz “iPhone” modelləri istehsal etmək fikrinə düşüb.

Orphus sistemi