Gələn il istehsal ediləcək bütün “iPhone”lar 5G-ni dəstəkləyəcək

Gələn il istehsal ediləcək bütün “iPhone”lar 5G-ni dəstəkləyəcək 5G-yə qoşulma isə “Qualcomm X60” modemi vasitəsilə həyata keçiriləcək.
İKT
21 İyul , 2021 12:49
Gələn il istehsal ediləcək bütün “iPhone”lar 5G-ni dəstəkləyəcək

2022-ci ildə istehsal ediləcək bütün “iPhone” modelləri 5G texnologiyası ilə təchiz ediləcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 5-ci nəsil mobil rabitəni dəstəkləyən aşağı büdcəli “iPhone” artıq gələn ilin ilk yarısında təqdim olunacaq. Cihaz bu il "Premium" sinifə aid “iPhone”larda istifadə olunacaq A15 prossesoru ilə işləyəcək.

5G-yə qoşulma isə “Qualcomm X60” modemi vasitəsilə həyata keçiriləcək.

Məlumata görə, SE-nin əvvəlki modelləri kimi aşağı büdcəli “iPhone” daha mükəmməl olan OLED displeyə deyil, 4,7 düym ölçülü maye kristalik ekrana malik olacaq və “iPhone 8”-in yenilənmiş versiyasına bənzəyəcək.

Son xəbərlər

Orphus sistemi