Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur.
İKT
3 Sentyabr , 2018 15:24
Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, gələn il isə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək.

Azərbaycanda ilk dəfə təşkil ediləcək yarış ADA Universitetində keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin və “Azercell” şirkətinin dəstəyi ilə komandamız Bakıda - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Respublikada Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində uzunmüddətli hazırlıq və məşq prosesindən keçiblər. Bu il yarışlarda 85 ölkədən 340 nəfər şagird iştirak edir. Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq. Beynəlxalq İnformatika Olimpiadası dünyanın ən yaxşı 5 elm olimpiadalarından hesab olunur. Azərbaycan 1994-cü ildən bu yarışların iştirakçısıdır. Məlumat üçün qeyd edək ki, bu günə qədər yarışda Azərbaycandan 55 məktəbli iştirak edib və 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.

Son xəbərlər

Orphus sistemi