Fransız şirkətləri Azərbaycandakı nəqliyyat, kosmik sənaye sahəsində layihələrə maraq göstərir

Fransız şirkətləri Azərbaycandakı nəqliyyat, kosmik sənaye sahəsində layihələrə maraq göstərir Fransız şirkətləri ilə dövlət-özəl tərəfdaşlığı formatında Azərbaycanın nəqliyyat, kosmik sənaye və İKT sahələrində mövcud və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunur.
İKT
8 Aprel , 2022 18:11
Fransız şirkətləri Azərbaycandakı nəqliyyat, kosmik sənaye sahəsində layihələrə maraq göstərir

Fransız şirkətləri ilə dövlət-özəl tərəfdaşlığı formatında Azərbaycanın nəqliyyat, kosmik sənaye və İKT sahələrində mövcud və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunur.

“Report” xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olan fransız iş adamlarının əsas təşkilatı “MEDEF International”ın direktoru Filip Qotye və bir sıra şirkət rəhbərlərindən ibarət olub.

Məqsəd fransız şirkətlərinin Azərbaycandakı tərəfdaşları ilə birbaşa əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsidir.

Eyni zamanda, Azərbaycanın beynəlxalq çərçivədə böyük şirkətlərlə müvafiq planların başladılması, tərəfdaşlarla tam və qarşılıqlı faydalı əlaqələr qurmaq məqsədilə ölkənin nəqliyyat kompleksinin mövcud potensialı, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi