Foebe Koundouri: "Rəqəmsal məlumat bazası iqlimlə mübarizə strategiyalarını formalaşdırmağa kömək edəcək"

İKT
  • 14 mart, 2025
  • 17:35
Foebe Koundouri: Rəqəmsal məlumat bazası iqlimlə mübarizə strategiyalarını formalaşdırmağa kömək edəcək

Dünya Ətraf Mühit və Resurs İqtisadçıları Assosiasiyası iqlim dəyişikliyi ilə mübarizə üçün rəqəmsal məlumat bazası yaradıb.

“Report” xəbər verir ki, bunu assosiasiyanın prezidenti, BMT SDSN Qlobal İqlim Mərkəzinin sədri Foebe Koundouri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ölkələr bu məlumat bazasından istifadə edərək 2050-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizə strategiyalarını formalaşdıra bilərlər:

“Biz sistemli həllər üzərində çalışdıq. Həmçinin elmi məlumatlara əsaslanaraq, maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində dayanıqlı həllər şəbəkəsindən istifadə etdik”, - F. Koundouri qeyd edib.

O əlavə edib ki, iqlim dəyişikliyinə qarşı mübarizə ölkələrin gələcəyini qorumaq üçün vacibdir:

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsəd və hədəfləri daha geniş təbliğ olunmalıdır. İnkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öhdəliklərinə sadiq qalmalı və bu istiqamətdə investisiyalar yatırmalıdırlar”.