Finlandiya Azərbaycana mobil telefon ixracını bərpa edib
- 14 iyul, 2022
- 05:58
Bu ilin ilk 4 ayında Azərbaycana xaricdən 85,934 milyon ABŞ dolları dəyərində 430 min 604 ədəd mobil telefon gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,4 %, kəmiyyət olaraq – 26,8 % azdır.
Hesabat dövründə Çindən 50,242 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 0,9 % azalıb) 255 min 413 ədəd (-25,3 %), Vyetnamdan 24,198 milyon ABŞ dolları dəyərində (-16 %) 125 min 218 ədəd (-34,7 %), Hindistandan 10,868 milyon ABŞ dolları dəyərində (-1,1 %) 49 min 400 ədəd (-6,1 %), Koreyadan 470,24 min ABŞ dolları dəyərində (+16,2 dəfə) 525 ədəd (+20 dəfə), Finlandiyadan 129,35 min ABŞ dolları dəyərində 30 ədəd cihaz alınıb.
Bir il 3 aylıq fasilənin ardından Finlandiyadan tədarük bərpa edilib.
Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (14 ölkədən) gətirilən 1 milyon 580 min 836 ədəd mobil telefonun 56 %-i Çinin, 36 %-i Vyetnamın payına düşüb.