Fərid Əhmədov: "Azərbaycanda mütəxəssis sayı rəqəmsallaşma tendensiyaları üçün kifayət deyil"

Fərid Əhmədov: "Azərbaycanda mütəxəssis sayı rəqəmsallaşma tendensiyaları üçün kifayət deyil" Azərbaycanda universitetlər kompüter elmləri sahəsində bazara hər il 3 500 məzun buraxır.
İKT
19 Dekabr , 2022 13:01
Fərid Əhmədov: Azərbaycanda mütəxəssis sayı rəqəmsallaşma tendensiyaları üçün kifayət deyil
Fərid Əhmədov

Azərbaycanda universitetlər kompüter elmləri sahəsində bazara hər il 3 500 məzun buraxır.

“Report”un məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bu rəqəm bazar üçün kifayət etmir. "Azərbaycanda rəqəmsallaşma tendensiyalarına baxsaq bu mütəxəssis sayı heç də kifayət deyil. Bu sahə çox dinamikdir. Düşünürük ki, Azərbaycana xeyli sayda əcnəbi mütəxəssis cəlb etməklə onların bacarıqlarını yerli mütəxəssislərə ötürmək olar".

Deputat Məşhur Məmmədov hesab edir ki, kadr məsələsi ən vacib məsələdir: "Biz xaricdə yetişən mütəxəssislərə vergi güzəşti edib, müəyyən vəsaitdən keçiriksə azərbaycanlı mütəxəssislər üçün də bunu etmək olar".

Onun sözlərinə görə, Vergi Məcəlləsində xaricdə yaşayıb-işləyən Azərbaycan vətəndaşlarının geri qayıtması üçün əlavələr etmək olar ki, ölkə xaricində işləyən azərbaycanlılar da geri qayıdarsa onlara da vergi güzəştləri tətbiq edilsin: “Bu vergi güzəştlərini xaricdə fəaliyyət göstərən Azərbaycan şirkələrinə də şamil etmək olar. Gələcəkdə bu sahədə mütəxəssislərin daha çox və keyfiyətli hazırlanması üçün düşünürəm ki, belə kadrlar hazırlayan şirkətlərimizə də müəyyən vergi güzəştlərin verilməsi vacib məsələdir".

Son xəbərlər

Orphus sistemi