Fərdi kompüterlərin qlobal tədarükü 15 % artıb

Fərdi kompüterlərin qlobal tədarükü 15 % artıb İkinci rübün nəticələrinə görə bazarın lideri “Lenovo” olub.
İKT
30 İyul , 2021 17:49
Fərdi kompüterlərin qlobal tədarükü 15 % artıb

Bu ilin II rübündə dünya üzrə 80,1 milyon fərdi kompüter tədarük edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Counterpoint Research” şirkəti məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

II rübün nəticələrinə görə, 25 %-lik payla bazarın lideri “Lenovo” olub. Növbəti yerləri “HP” (bazar payı 23 %-dir),”Dell” (17,2 %), ”Apple” (7,5 %) tutub.

Bu il fərdi kompüterlərin qlobal tədarükünün ötən onilliyin əvvəlindən bu yana görünməyən pik həddə çatacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi