Fərdi kompüterlər bazarı 13,2 % artıb

Fərdi kompüterlər bazarı 13,2 % artıb tədarükün həcmi komponentlərin çatışmamazlığı ilə məhdudlaşdırılıb
İKT
303
12 İyul , 2021 13:13
Fərdi kompüterlər bazarı 13,2 % artıb

Cari ilin aprel-iyun aylarında dünya üzrə 83,6 milyon ədəd fərdi kompüter, noutbuk və iş stansiyaları tədarük edilib. Bu, ötən ilin ikinci rübünün göstərici ilə müqayisədə 13,2 % çoxdur.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə IDC-nin (International Data Corporation) analitik şirkətinin hesabatında deyilir.

Analitiklər qeyd edir ki, tədarükün həcmi komponentlərin çatışmamazlığı ilə məhdudlaşdırılıb. Çatışmamazlıq daha çox noutbuklara təsir edib. Nəticədə onlar artım tempinə görə fərdi kompüterlərdən geri qalıblar.

Bazarın lideri 20,005 milyon ədəd kompüter (2020-ci ilin ikinci rübü ilə müqayisədə 14,9 % artıb) tədarük edən “Lenovo” olub. Beləliklə də şirkət bazar payını 23,6 % -dən 23,9 %-ə kimi artırıb. İkinci yerdə qərarlaşan “HP”nin tədarükü cəmi 2,7 % artıb, nəticədə onun bazar payı 24,5 %-dən 22,2 %-ə düşüb. Üçünücü yerin sahibi “Dell” şirkəti olub. İstehsalçı tədarükü 16,4 % artırmaqla bazar payını 16,3 %-dən 16,7 %-ə çatdırıb. İlk beşliyə “Apple” və “Acer Group”da daxildir.

Son xəbərlər

Orphus sistemi