Fariz Cəfərov: "KOB-ların rəqəmsallaşması üçün maliyyə mexanizmlərinə çıxışı təmin edilməlidir"

Fariz Cəfərov: "KOB-ların rəqəmsallaşması üçün maliyyə mexanizmlərinə çıxışı təmin edilməlidir" KOB-ların rəqəmsallaşma üzrə yol xəritələrinin icrası üçün maliyyə mexanizmlərinə çıxışı təmin edilməlidir.
İKT
30 Sentyabr , 2024 16:33
Fariz Cəfərov: KOB-ların rəqəmsallaşması üçün maliyyə mexanizmlərinə çıxışı təmin edilməlidir

KOB-ların rəqəmsallaşma üzrə yol xəritələrinin icrası üçün maliyyə mexanizmlərinə çıxışı təmin edilməlidir.

"Report" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Fariz Cəfərov "KOB-ların rəqəmsallaşma proqramı"nın təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, Dünya İqtisadi Forumu və "Makkenzi" şirkətinin birgə araşdırmasına əsasən, dünyada təxminən 71 % təşkilat rəqəmsal yol xəritəsi olmadan rəqəmsallaşmaya başladıqdan sonra uğursuzluğa düçar olub: "Yalnız 26 % təşkilat növbəti mərhələyə keçə və bəzi biznes prosesləri rəqəmsallaşdırmağa nail olub. Bu məsələdə əsas məqamlardan biri yol xəritəsinin icrası ilə bağlı maliyyə mexanizmlərinə çıxışın təmin edilməsidir".

F.Cəfərov vurğulayıb ki, KOB-ların rəqəmsallaşma proqramı şirkətlərin ilkin qiymətləndirilməsinin aparılmasında, onların gələcək rəqəmsal alətlərə ehtiyaclarının müəyyənləşdirilməsində mühüm rol oynacaq.

Son xəbərlər

Orphus sistemi