"Vətən müharibəsi dövründə düşmən sosial şəbəkələrin imkanlarından istifadə edib Azərbaycan vətəndaşlarının məlumatlarını almağa çalışırdı".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik sammiti"ndə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
"Bəzən sosial şəbəkələrdə kimlərsə şəkil paylaşır və yazırdı ki, mən şəkildə belə düşmüşəm. Hər kəs şəklini atsın görüm o, necə düşüb? İnsanlar da çox rahatlıqla biometrik pasport və indentifiaksiya sənədlərini paylaşırdı. Bu, dövlət xidmətləri üçün böyük bir təhdiddir və texnologiyanın inkişaf etdiyi bir dövrdə dövlət qurumlarını lazımi alətlərlə təmin etmək lazımdır", - deyə o qeyd edib.