"Facebook" və "Instagram" sosial şəbəkələrində problem yaranıb

"Facebook" və "Instagram" sosial şəbəkələrində problem yaranıb Azərbaycan və Türkiyədə də istifadəçilər sosial şəbəkəyə daxil olmaqda problemlərlə üzləşirlər
İKT
11 oktyabr 2017 16:54
Facebook və Instagram sosial şəbəkələrində problem yaranıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Facebook" və "Instagram" sosial şəbəkələrində problem yaranıb. 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bu gün saat 19:00-dan etibarən hər iki sosial şəbəkəyə daxil olmaq çətinləşib. 

Məlumata görə, problem daha çox Rusiya və Avropanın bir sıra ölkələrində hiss edilməkdədir. Hətta Azərbaycan və Türkiyədə də istifadəçilər "Facebook" və "Instagram"a daxil olmaqda problemlərlə üzləşirlər. 

Son xəbərlər

Orphus sistemi