"Facebook" sosial şəbəkədə reklama nəzarəti gücləndirəcək

"Facebook" sosial şəbəkədə reklama nəzarəti gücləndirəcək Reklam məhsulları alıcıları üçün əlavə testlər tətbiq ediləcək
İKT
19 Fevral , 2018 07:59
Facebook sosial şəbəkədə reklama nəzarəti gücləndirəcək
Getty

Bakı. 19 fevral. REPORT.AZ/ "Facebook" sosial şəbəkəsi 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkilərə "Rusiyanın müdaxiləsi" qorxusuna görə reklam elanları alıcıları üçün əlavə testlər tətbiq edəcək.

“Report” "Associated Press"ə istinadən xəbər verir ki, şirkət elektron poçt vasitəsi ilə alıcının ABŞ-da yaşadığını təsdiq etməsi üçün xüsusi kod yazılan açıqca göndərəcək.

Sonra alıcı xüsusi kodu tətbiq edərək reklam elanının alışını davam etdirəcək.

Bildirilir ki, 2018-ci ilin noyabrında keçirilən aralıq seçkilər zamanı əlavə yoxlama tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi