“Facebook” mayda Azərbaycandakı bazar payının 66 %-ni itirib

İKT
  • 04 iyun, 2025
  • 17:32
“Facebook” mayda Azərbaycandakı bazar payının 66 %-ni itirib

Bu ilin may ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “YouTube”un payı 37,09 % (ötən ay 9,82 %, 1 il əvvəl 14,57 % olub) təşkil edib.

“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprel ayına nisbətən 27,27 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 22,52 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan “Instagram”ın bazar payı ay ərzində 0,06 faiz bəndi, illik isə 11,18 faiz bəndi azalaraq 24,17 % (24,23 % və 35,35 %) təşkil edib.

Növbəti yerdəki “Facebook”un bazar payı ay ərzində 29,8 faiz bəndi, il ərzində isə 3,37 faiz bəndi azalaraq 15,19 %-ə (45 % və 18,56 %) düşüb. Beləliklə də “Facebook”un bazar payı ötən ay 66 % azalıb.

Dördüncü pillədəki “Pinterest”in bazar payı aylıq 0,02 faiz bəndi artaraq, illik müqayisədə isə 10,57 faiz bəndi azalaraq 10,09 %-ə (10,07 % və 20,66 %) düşüb.

İlk beşliyi 7,33 %-lik (6,74 % və 6,32 %) bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,59 faiz bəndi, illik müqayisədə isə 1,01 faiz bəndi artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti