“Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub

“Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub Hazırda bir sıra ölkələrdə "Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərinin işində problem yaranıb.
İKT
5 Oktyabr , 2021 03:15
“Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub
0 : 00
0 : 00

Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində “Facebook”, “WhatsApp”, “Instagram”da yaranan problem aradan qaldırılıb.

“Report” xəbər verir ki, təxminən altı saatdan sonra sözügedən sosial şəbəkə platformaları işləməyə başlayıb.

“Tətbiq və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışdıq. Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik”- şirkətin tviterdə yerləşdirdiyi məlumatda deyilir.

“Facebook”un texniki xidmət şöbəsinin rəhbəri Mayk Şrepfer özünün tviter hesabında bildirib ki, problemin yüz faiz həll olunması üçün müəyyən vaxt lazımdır.

02:00

“Facebook” və “Instagram” tətbiqlərinin işində yaranan problem tədricən bərpa olunmağa başlayıb.

“Report” xəbər verir ki, artıq tətbiqlərin məlumat mərkəzləri işini bərpa edib.

Hazırda iki tətbiqdən istifadə etmək mümkündür.

“WhatsApp”da mövcud olan problem aradan qaldırılmayıb.

2021-10-04 20:45

Hazırda bir sıra ölkələrdə "Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərinin işində problem yaranıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Downdetector" məlumat yayıb.

Problem ABŞ, Böyük Britaniya, həmçinin Kanada, Niderland, Almaniya, İtaliya, Fransa, Rusiya və s. ölkələrdə müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi