“Facebook” bir ildə Azərbaycandakı bazar payının 38 %-ni itirib
- 12 fevral, 2024
- 08:15
Bu ilin yanvar ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 37,17 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi məlumata görə, bu, ilin əvvəlinə nisbətən 0,53 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 14 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Pinterest”in bazar payı müvafiq olaraq 3,34 faiz bəndi azalaraq və 5,52 faiz bəndi artaraq 19,99 % olub.
Növbəti yerdəki “Facebook”un bazar payı müvafiq olaraq 0,98 faiz bəndi artaraq və 11,25 faiz bəndi azalaraq 18,32 %-də qərarlaşıb. Beləliklə son bir ildə sosial şəbəkə bazar payının 38 %-ni itirib.
Dördüncü pillədəki “YouTube”un bazar payı müvafiq olaraq 1,62 faiz bəndi artaraq və 8,19 faiz bəndi azalaraq 13,29 % təşkil edib.
İlk beşliyi 6,86 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı ilin əvvəlinə nisbətən 0,72 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,2 faiz bəndi azalıb.