"EU4Digital" layihəsi çərçivəsində 2020-2021-ci illərdə həyata keçiriləcək tədbirlər müzakirə olunub

"EU4Digital" layihəsi çərçivəsində 2020-2021-ci illərdə həyata keçiriləcək tədbirlər müzakirə olunub Bu gün Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” (EaP) proqramı çərçivəsində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” (HDM) təşəbbüsünün EU4Digital layihəsinin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib.
İKT
26 Dekabr , 2019 16:16
EU4Digital layihəsi çərçivəsində 2020-2021-ci illərdə həyata keçiriləcək tədbirlər müzakirə olunub

Bu gün Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” (EaP) proqramı çərçivəsində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” (HDM) təşəbbüsünün "EU4Digital" layihəsinin müzakirəsinə həsr olunan "dəyirmi masa" keçirilib. 

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə HDM təşəbbüsü çərçivəsində yaradılmış 6 istiqamət - “İKT İnnovasiyaları və startap ekosistemi”, “Telekom qaydaları”, “E-trade (e-kommersiya, e-loqistilka. e-gömrük)”, “E-səhiyyə”, “E-İnam və təhlükəizlik” və “E-Bacarıqlar” istiqmaətləri üzrə "EU4Digital" layihəsi çərçivəsində ölkəmizdə görülən işlər və 2020-2021-ci illərdə həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.

İstiqamətlərə görə ölkə üzrə əlaqləndirici şəxslər, aidiyyəti dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri proqramın mahiyyəti barədə danışıblar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri, HDM-in “İKT innovasiya və startap ekosistemi” üzrə ölkə koordinatoru Rəşad Əzizov bu istiqamət üzrə görülmüş işlər, bu işlərin ölkəmizdə aparılan innovasiya siyasəti ilə əlaqəsindən danışıb. O qeyd edib ki, bu istiqamət üzrə kontakt şəbəkəsi formalaşdırılıb və innovasiya subyektlərinin nümayəndələri daxil edilib. O həmçinin 2020-2021-ci illərdə ölkəmizdə innovasiya istiqaməti üzrə həyata keçiriləcək layihələr barədə məlumat verərək innovasiya ekosisteminin formalaşdırılmasının sürətləndirilməsinin vacibliyini qeyd edib.

"EU4Digital" layihəsinin Azərbaycan üzrə ölkə nümayəndəsi, "Ernst &Young" şirkətinin məsləhətlər, xidmətlər üzrə meneceri Anar Cəfərzadə öz çıxışında layihənin əhəmiyyətindən danışıb, gələcək strateji addımların effektiv yerinə yətirilməsinin vacibliyi vurğulayıb.

Daha sonra istiqamətlərə görə ölkə üzrə əlaqləndirici şəxslər “Telekom qaydaları”, “e-Ticarət”, “Rəqəmsal Nəqliyyat Dəhlizlər”, “e-Səhiyyə”, “Etimad və Təhlükəsizlik”, “Kibertəhlüksizlik” , “e-Bacarıqlar” məsul olduqları istiqamətlər barədə iştirakçılara ətraflı məlumatlar veriblər.

Azərbaycanda bu sahələr üzrə əldə olunan nailiyyətlər və görüləcək işlər müzakirə edilib, rəqəmsal sahənin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tədbir dünyada rəqəmsal sahə üzrə inkişaf istiqamətlərinə dair çıxışlar və müzakirələrlə davam edib.

Məlumat üçün bildiririk ki, “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsündə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edir və Azərbaycan "İKT innovasiya və startap ekosistemi” istiqaməti və “e-gömrük” alt istiqaməti üzrə əlaqələndirici ölkədir.

Son xəbərlər

Orphus sistemi