“Enerji və IV Sənaye İnqilabı” hakaton yarışı keçiriləcək

“Enerji və IV Sənaye İnqilabı” hakaton yarışı keçiriləcək Sentyabrın 9-11-də Bakı Ali Neft Məktəbində Dövlət Neft Şirkətinin (SOCAR) və İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə “Enerji və IV Sənaye İnqilabı” Hakaton yarışı keçiriləcək
İKT
26 İyul , 2022 09:11
“Enerji və IV Sənaye İnqilabı” hakaton yarışı keçiriləcək

Sentyabrın 9-11-də Bakı Ali Neft Məktəbində Dövlət Neft Şirkətinin (SOCAR) və İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə “Enerji və IV Sənaye İnqilabı” Hakaton yarışı keçiriləcək.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Yarış Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək verilməsi məqsədi ilə təşkil olunacaq. Bu xüsusda, “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu enerji və əşyaların interneti, enerji və süni intellekt, enerji və rəqəmsal iqtisadiyyat kateqoriyaları üzrə keçiriləcək.

Yarışın şərtlərinə görə ilk üç yeri tutan komanda müvafiq olaraq 5 000 manat, 3 000 manat və 2 000 manat mükafata layiq görüləcək. Bundan başqa daha iki komandaya 500 manat məbləğində həvəsləndirici mükafat təqdim ediləcək.

Hakatonda iştirak etmək istəyənlər avqustun 20-nə qədər təşkilat komitəsinə müraciət ünvanlaya bilərlər.

Yarışın iştirak qaydalarımüraciət forması ilə keçid vasitəsilə tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi