Elmir Vəlizadə: "Azərbaycan əhalisinin 78%-i internet istifadəçisidir"

Elmir Vəlizadə: "Azərbaycan əhalisinin 78%-i internet istifadəçisidir" Nazirin müavini: "Sahibkarlar İKT imkanlarından istifadə edərək işlərini genişləndirməlidir"
İKT
103
12 Aprel , 2017 12:28
Elmir Vəlizadə: Azərbaycan əhalisinin 78%-i internet istifadəçisidir

Bakı. 12 aprel. REPORT.AZ/ "Azərbaycan əhalisinin 78%-i internet istifadəçisidir ki, onun da 72%-i genişzolaqlı internet istifadəçiləridir".

"Report" xəbər verir ki, bunu IV Beynəlxalq "Caspian Energy Forum-2017"-də çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadənin sözlərinə görə, Azərbaycanda xüsusi işçi qrupu yaradılacaq: "Kiçik və orta sahibkarlar İKT imkanlarından istifadə edərək öz işlərini daha da genişləndirməlidirlər".

Nazir müavini deyib ki, Azərbaycan əhalisinin 100%-i mobil telefondan istifadə edən ölkələr sırasındadır.

"Bir neçə il əvvəl Azərbaycan Trans-Avrasiya Super İnformasiya Magistralının çəkilməsi ilə bağlı təklif irəli sürmüşdü. Bu işlər çərçivəsində Xəzərin altından iki istiqamətdə xətt çəkilməsi nəzərdə tutulub", - deyə E.Vəlizadə əlavə edib.

Son xəbərlər

Orphus sistemi