Ələt Azad İqtisadi Zonasında rabitə infrastrukturu yenilənəcək

Ələt Azad İqtisadi Zonasında rabitə infrastrukturu yenilənəcək Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinə (NRYT) məxsus “Bakı Telefon Rabitəsi” MMC Ələt Azad İqtisadi Zonasının yaradılması ilə əlaqədar movcud rabitə qurğularının köçürülməsi üçün fiber optic kabellərin çəkilişinə hazırlanmış layihə -smeta
İKT
658
18 Sentyabr , 2020 09:30
Ələt Azad İqtisadi Zonasında rabitə infrastrukturu yenilənəcək

Nəqliyyat, Rabit və yüksək Texnologiyalar Nazirliyinə (NRYT) məxsus “Bakı Telefon Rabitəsi” MMC Ələt Azad İqtisadi Zonasının yaradılması ilə əlaqədar movcud rabitə qurğularının köçürülməsi üçün fiber optic kabellərin çəkilişinə hazırlanmış layihə -smeta sənədlərinə uyğun görüləcək tikinti-quraşdırma işlərinə tələb olunan mal-materilalların (1), PVC boru və birləşdiricilərin (2), istismar işləri üçün istifadə olunacaq mal-materialların (3), tələb olunan Fiber optic, TPP kabelləri və birləşdiricilərin (4), eləcə də qum, sement, çınqıl və s. mal-materialların satınalınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderlərdə iştirak haqqı müvafiq olaraq 400 manat (lot-1), 1 000 manat (lot-2), 500 manat (lot-3), 500 manat (lot-4) və 250 manatdır (lot-5). 

İddiaçılar ilkin sənədləri oktyabrın 9-u, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 19-u, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər. 

Tenderin nəticələri oktyabrın 20-də, saat 11:00-da portalda açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi