Elektron Təhlükəsizlik Xidmətinin rəisi dəyişib

Elektron Təhlükəsizlik Xidmətinin rəisi dəyişib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis Faiq Fərmanov öz istəyi ilə vəzifəsindən azad edilib.
İKT
17 Sentyabr , 2021 10:37
Elektron Təhlükəsizlik Xidmətinin rəisi dəyişib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis Faiq Fərmanov öz istəyi ilə vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, onun yerinə Şahin Əliyev təyin olunub.

O, 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub, 2007-ci ildə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisasını bakalavr dərəcəsi, 2009-cu ildə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını magistr dərəcəsi, 2014-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisasını magistr dərəcəsi üzrə bitirib.

Ş.Əliyev telekommunikasiya sahəsində 14 illik təcrübəyə malikdir. O, 2007-ci ildən etibarən İKT sahəsində ölkənin ən qabaqcıl şirkətlərində mühəndis, ekspert mühəndis, şöbə müdiri, departament direktoru və digər rəhbər vəzifələrdə çalışıb, İKT sahəsində və idarəetmədə fərqləndiyinə görə müxtəlif yerli və beynəlxalq sertifikat və diplomlarla təltif olunub.

Son xəbərlər

Orphus sistemi