Elektron Təhlükəsizlik Xidməti bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Xidməti bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Kiberdələduzlar tərəfindən “Telegram” tətbiqində “Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb.
İKT
15 Yanvar , 2024 18:37
Elektron Təhlükəsizlik Xidməti bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Kiberdələduzlar tərəfindən “Telegram” tətbiqində “Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb.

Bu barədə "Report"a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar: "Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir".

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi