Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə həyata keçirilən elektron ticarətin həcmi açıqlanıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin doqquz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 9,3 mln. manat təşkil edib.
Əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artım qeydə alınıb.
Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,2%-i hüquqi şəxslərdən, 7,8%-i isə fərdi sahibkarlardan alınıb. E-ticarət dövriyyəsinin 96,4%-i qeyri-ərzaq məhsullarının payına düşüb.