Sloveniya Azərbaycanla istehsalın avtomatlaşdırılması perspektivlərini öyrənir

Sloveniya Azərbaycanla istehsalın avtomatlaşdırılması perspektivlərini öyrənir İstehsal güclərinin, o cümlədən sənaye və dəniz sektorlarının Azərbaycanla birgə modernləşdirilməsi və avtomatlaşdırılması imkanları Sloveniyanın diqqət mərkəzindədir.
Sənaye
7 may 2025 17:04
Sloveniya Azərbaycanla istehsalın avtomatlaşdırılması perspektivlərini öyrənir

İstehsal güclərinin, o cümlədən sənaye və dəniz sektorlarının Azərbaycanla birgə modernləşdirilməsi və avtomatlaşdırılması imkanları Sloveniyanın diqqət mərkəzindədir.

Bunu “Report”a müsahibəsində Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye bildirib.

O xatırladıb ki, 2025-ci ilin aprelində Bakıya səfər edən Sloveniya biznes nümayəndə heyətinə sənaye və dəniz sektorunda müasir texnoloji həllərin tətbiqi üzrə ixtisaslaşmış şirkətlər daxil idi.

“Nümayəndə heyətinin bu sahələrə diqqət yetirməsi modernləşdirmə, rəqəmsallaşdırma və əməliyyat səmərəliliyinin artırılmasının rəqabətqabiliyyətlilik və davamlı inkişafın əsas amilləri olduğu sahələrdə beynəlxalq əməkdaşlığın inkişafına strateji yanaşmanı əks etdirir. Tərəflər istehsalın avtomatlaşdırılması, intellektual sistemlərin tətbiqi, enerji və logistika səmərəliliyinin artırılmasına yönəlmiş tərəfdaşlıqları inkişaf etdirməyə hazır olduqlarını bildiriblər”, - baş katib qeyd edib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi