​"e-Hökumət" portalına daxil olanların sayı 2,5 mln. nəfəri keçib

​"e-Hökumət" portalına daxil olanların sayı 2,5 mln. nəfəri keçib İstifadəçilər ortalama 5 dəqiqə 21 saniyə sərf edərək ümumilikdə 16,178 mln. dəfə elektron xidmətlərə müraciət ediblər
İKT
9 Oktyabr , 2015 11:15
​e-Hökumət portalına daxil olanların sayı 2,5 mln. nəfəri keçib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin oktyabrın 1-nə "Elektron Hökumət" portalına daxil olanların sayı (2012-ci ilin dekabrından etibarən) 2 502 366 nəfər olub ki, onlar da ümumilikdə 9 182 630 dəfə portala daxil olublar. Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) məlumat verilib.

Məlumata görə, istifadəçilər ortalama 5 dəqiqə 21 saniyə sərf edərək ümumilikdə 16 177 980 dəfə elektron xidmətlərə müraciət ediblər. Portala daxil olanların 27,3%-i yeni, 72,7%-i isə təkrar istifadəçilər olub. 

Statistik göstəricilərə əsasən, sentyabrda portala 110 349 nəfər tərəfindən 315 999 daxilolma qeydə alınıb. Ötən ay ərzində istifadəçilər 767 617 xidmətə müraciət edib ki, bunun üçün də orta hesabla 5 dəqiqə 32 saniyə vaxt sərf ediblər. Sentyabrda portala daxil olan istifadəçilərin 19,9%-i yeni, digər hissəsi isə təkrar istifadəçilər olub.

Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alanların sayı bu gün 317 299 nəfər olub və hazırda portal vasitəsi ilə 412 yeni xidmət təşkil olunub.

Qeyd edək ki, bu yaxınlarda yenilənən “e-Hökumət” portalı müasir və sadə dizayna malik interfeyslə istifadəçilərin ixtiyarına verilib. İstifadəçilər əvvəlki ilə müqayisədə daha asan şəkildə elektron xidmətlərlə tanış olmaq və istifadə etmək imkanı əldə ediblər. Portalda elektron xidmətlərin axtarışı istifadəçilər üçün sadələşdirilib. Artıq “e-Hökumət” portalında 157 Çağrı Mərkəzinə gün ərzində daxil olan zənglərin sayını da görmək mümkündür.

Son xəbərlər

Orphus sistemi