Ekspert: “Azərbaycanda 5G-nin inkişafına böyük maraq var”

Ekspert: “Azərbaycanda 5G-nin inkişafına böyük maraq var” “Azərbaycanda 5-ci nəsil kabelsiz mobil texnologiyanın (5G) inkişafına böyük maraq var”.
İKT
30 Noyabr , 2022 17:33
Ekspert: “Azərbaycanda 5G-nin inkişafına böyük maraq var”

“Azərbaycanda 5-ci nəsil kabelsiz mobil texnologiyanın (5G) inkişafına böyük maraq var”.

“Report” xəbər verir ki, bunu “Horizon Advisory” konsaltinq şirkətinin həmtəsisçisi Emili de Labruyer deyib.

Onun sözlərinə görə, Bakıya səfəri zamanı Azərbaycanda bu sektorun nümayəndələri ilə bir sıra görüşlər keçirilib: “5G-nin inkişafı bir sıra texniki məsələlərlə bağlıdır. Lakin Bakıda keçirilən görüşlərin nəticələrinə əsasən, ölkədə 5G texnologiyasına keçidə böyük maraq və istək olduğu aydın görünür”.

O bildirib ki, texnologiya həm kommersiya, həm mülki, həm də hərbi tətbiqlərdə geniş tətbiqlərə malik ola bilər: “Dünya yeni texnologiyalar sayəsində dəyişir. Odur ki, 5G məlumatı sürətlə ötürməyin yaxşı nümunəsidir. Bu, yeni imkanlar yaradır”.

Son xəbərlər

Orphus sistemi