EHİM: "Kənd və şəhər əhalisinin rəqəmsal xidmətlərdən istifadəsi qeyri-bərabərdir"

EHİM: "Kənd və şəhər əhalisinin rəqəmsal xidmətlərdən istifadəsi qeyri-bərabərdir" Azərbaycanda kənd və şəhər əhalisinin rəqəmsal xidmətlərdən istifadəsi qeyri-bərabərdir.
İKT
21 Noyabr , 2022 11:57
EHİM: Kənd və şəhər əhalisinin rəqəmsal xidmətlərdən istifadəsi qeyri-bərabərdir

Azərbaycanda kənd və şəhər əhalisinin rəqəmsal xidmətlərdən istifadəsi qeyri-bərabərdir.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktor müavini Soltan Bayramov deyib.

“Dünya İqtisadi Forumunun statistikasına görə, 2,5 milyard insan rəqəmsal qeyri-bərabərlikdən əziyyət çəkir. Yəni onların rəqəmsal mühitə çıxışı məhduddur. Azərbaycanda da kənd və şəhər əhalisi arasında rəqəmsal xidmətlər haqqında məlumatlılıq və onlardan istifadə səviyyəsi qeyri-bərabərdir”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi