Əfsanəvi kosmonavt: "Bütün insanların kosmosa gedə biləcəyi günü səbirsizliklə gözləyirəm"

Əfsanəvi kosmonavt: "Bütün insanların kosmosa gedə biləcəyi günü səbirsizliklə gözləyirəm" "Gələcəkdə bütün insanlar kosmosa gedə biləcəklər. Mən o günü səbirsizliklə gözləyirəm".
İKT
5 Oktyabr , 2023 12:07
Əfsanəvi kosmonavt: Bütün insanların kosmosa gedə biləcəyi günü səbirsizliklə gözləyirəm

"Gələcəkdə bütün insanlar kosmosa gedə biləcəklər. Mən o günü səbirsizliklə gözləyirəm".

Bunu "Report"a açıqlamasında Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı, ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi - NASA-nın "Apollo 9" missiyasında yeganə sağ qalmış 87 yaşlı əfsanəvi kosmonavt Rassel Şvaykart deyib.

"Bu, ona görə baş verəcək ki, peşəkar kosmos təşkilatları, agentliklər, assosiasiyalar var. Kosmosda özümü bütün dünyanın vətəndaşı kimi hiss edirdim. Mən Yer üzərindəki hər kəsi təmsil edirdim və bu, çox güclü bir reallıqdır. Bakıda bu tədbirin keçirilməsi kosmosla maraqlananlar üçün çox möhtəşəm şansdır. Gənclərin bu sahəyə marağı daha da artacaq",- deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi