Edvard Snouden məmurlara "WhatsApp" və "Telegram"dan imtina etməyi tövsiyə edib

Edvard Snouden məmurlara "WhatsApp" və "Telegram"dan imtina etməyi tövsiyə edib Moskvada yaşayan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, 2013-cü ildə ABŞ xüsusi xidmət orqanlarının gizli məlumatlarının sızmasında əli olan Edvard Snouden yüksək vəzifəli şəxslərə WhatsApp tətbiqindən istifadəni dayandırmağı tövsiyə edib.
İKT
16 Sentyabr , 2019 17:30
Edvard Snouden məmurlara WhatsApp və Telegramdan imtina etməyi tövsiyə edib

Moskvada yaşayan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, 2013-cü ildə ABŞ xüsusi xidmət orqanlarının gizli məlumatlarının sızmasında əli olan Edvard Snouden yüksək vəzifəli şəxslərə "WhatsApp" tətbiqindən istifadəni dayandırmağı tövsiyə edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, E.Snouden messencerin istifadəçi məlumatlarını pis şifrələdiyinə görə bu tətbiqdə məlumatların yanlış əllərə keçə biləcəyi fikrini önə çəkib.

"Hökumətdə ciddi məsələlərlə məşğul olan şəxsin "WhatsApp"dan istifadəsi səhvdir", - o deyib.

E.Snouden bildirib ki, "WhatsApp" və "Telegram"da məlumatların ötürülməsi SMS ilə müqayisədə daha yaxşıdır, lakin bu proqramlar da son dərəcə təhlükəlidir.

Orphus sistemi